Top.Mail.Ru

ƏYALƏT

TƏCİLİ! Xankəndidə GƏRGİNLİK: Ölü və yaralı ermənilər VAR – Saxta “polislər” HƏRƏKƏTƏ KEÇDİ

Xankəndində silahlı erməni qanunsuz “yol polisi”nin M.Maştots küçəsində yerləşən “operativ idarəetmə mərkəzi”nin 2-ci mərtəbəsinə daxil olaraq növbətçi “zabit”ə tapançadan atəş açıb, ölən var. 
KAİM.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Hadisə aprelin 16-da saat 22:25 radələrində  baş verib. Xocalı rayonunun Çartar sakini, 1969-cu il təvəllüdlü Serqo Şakaryan  “polis”lərə “AK-74” avtomat silahından atəş açıb.
Növbətçi “polis”in “baş inspektoru” Z.E. döş qəfəsindən aldığı güllə yaralarından yerindəcə keçinib.
Daha sonra S.Şakaryan eyni məqsədlə növbətçi kiçik inspektor A.X-ni təqib etsə də, o, canını qurtara bilib.
Bundan az sonra S.Şəkəryan köməyə gələn digər “polis”lər tərəfindən yaxalanıb.
/ moderator.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button