ƏYALƏT
SON DƏQİQƏ! Gəncə şəhər İcra hakimiyyətində yüksək vəzifəlilər işdən çıxarıldı

Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
KAİM.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyev, eləcə də başçının digər müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Vəfa Abbasova öz vəzifələrindən azad ediliblər.
Boş qalan vəzifələrə hələlik yeni təyinatlar olunmayıb.