Top.Mail.Ru
ƏYALƏT

Araikin açdığı mühüm sirr üzə çıxdı

Ermənistanın “Qara pantera” terror qruplaşmasının rəhbəri Serob Qasparyan Qarabağın keçmiş “rəhbəri” Araik Arutyunyanın iki il əvvəl ona bir sirri etiraf etdiyini deyib.
Sitat:

“Mən kartları açmaq istəyirəm. Qarabağın keçmiş “rəhbəri” Araik Arutyunyan iki il əvvəl mənə bir sirri etiraf etmişdi. Bildirmişdi ki, Ermənistan ordusu patrul xidməti ilə əvəz olunacaq. Yəni Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfənglə – avtomatla silahlanmış patrul xidməti qoruyacaq. İyun ayı sonuncu vaxtdır, ondan sonra ordunun patrul xidməti ilə əvəzlənməsi prosesi həyata keçiriləcək”. 

Saytların yığılması Saytların yığılması
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, sərhədlərin patrul xidməti tərəfindən qorunması fikri yeni deyil: 

“Azərbaycan-Gürcüstan sərhədində, İranda da bu xidmət mövcud idi. İndi isə sərhədlərin qorunması ilə bağlı əsas güc Azərbaycanın üzərinə düşür. Ümumiyyətlə, sərhəd xətti müəyyən edildikdən, zolaqlar çəkilib kamera sistemi qurulduqdan sonra patrul xidməti həyata keçirilir. Sərhədin pozulub-pozulmadığını görmək üçün torpağın müəyyən hissəsi qazılır, hansısa formaya gətirilir, burada insan ayaq izləri, hərəkətliliklə bağlı müşahidə aparılır. Bunun Azərbaycanın tələbi olub-olmadığı ilə bağlı rəsmi məlumat yoxdur. Bir sözlə, patrul xidmətində sərhədlərə qoşun yığmaq əvəzinə kamera yerləşdirirlər”. 

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədi böyük ərazini təşkil edir və onun qorunması üçün kifayət qədər çox şəxsi heyətə ehtiyac var:

“Azərbaycan bunu özü təmin edə bilər, amma Ermənistanda bu qədər şəxsi heyət olduğunu düşünmürəm. Ona görə də rəsmi İrəvanın patrul xidmətindən istifadə etməsi gözlənilən idi”.

Bənzər yazılar