Top.Mail.Ru
ƏYALƏT

Avtomobil sahiblərinə bəd xəbər: Fevralın 1-dən tətbiq olunacaq 10, 20, 30 AZN haqq tutulacaq… – AÇIQLAMA/FOTO

Azərbaycanda fevralın 1-dən etibarən avtomobillərin texniki baxışı zamanı utilizasiya haqqı hesablanacaq.

BAKU.WS xəbər verir ki, bu, avtomobilin ilinə uyğun olaraq tətbiq olunacaq.

Saytların yığılması Saytların yığılması

Bu proses Azərbaycanda avtomobil parkına necə təsir edəcək? Avtomobillərin yenilənməsinə, qiymətlərə təsir göstərəcəkmi?

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib ki, istehsal ili 10 ilədək olanlarda 10 AZN, istehsal ili 10 ildən 20 ilədək olanlarda 20 AZN, 21 ildən 30 ilədək olanlarda 30 AZN və 31 ildən daha artıq müddəti əhatə edən avtomobillər üçün isə 40 AZN utilizasiya haqqı müəyyənləşib. Bu, fevralın 1-dən etibarən tətbiq olunacaq.

Deputat əlavə edib ki, burada məqsəd avtomobil parkının yenilənməsinə nail olmaqdır: “Çünki utilizasiya haqlarından əldə olunacaq vəsait utilizasiya fondunun yaradılması üçün istifadə olunacaq. Bu fond ili köhnə olan avtomobillərin bütövlükdə alınması, onların istismardan çıxarılmasına xidmət edəcək.

Vətəndaşlar öz avtomobillərini könüllü şəkidlə təqdim edərək utilizasiya fondundan vəsait ala biləcəklər. Gözlənilir ki, daha köhnə avtomobillərin utilizasiyası reallaşacaq. Nəzərə almaq lazımdır ki, bəzi avtomobillər kifayət qədər köhnədir və bəziləri isə heç istifadə də olunmur. Onların fond tərəfindən alınması və istismardan çıxarılması gözlənilir.

Bu proses avtomobil parkının mərhələli şəkildə yenilənməsinə xidmət edəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, Nazirlər Kabineti istehsal ili 10 ildən yuxarı olan avtomobillərin idxalını qadağan edib. Utilizasiya fondunun yaradılması birbaşa avtomobil bazarına təsir etməyəcək. Burada məqsəd parkın yenilənməsinə nail olmaqdır. Hələlik ciddi şəkildə və çox sayda avtomobilin utilizasiyası gözlənilmir. Gələcəkdə isə utilizasiya olunacaq avtomobillərin sayında artım müşahidə olunacağı gözlənilir. Lakin avtomobil bazarındakı qiymətlərə təsir göstərəcəyi də ehtimal olunmur”.

Nəqliyyat eksperti Eldəniz Cəfərli isə BAKU.WS-ə deyib ki, qiymətlərdə artım müşahidə ediləcək: “Azərbaycana idxal olunan avtomobillərdən digər rüsumlarla yanaşı, utilizasiya rüsumu da tutulacaq. Buraxılış ili dörd ildən çox olan avtomobillərə görə 400 AZN, 7 ildən çox olan avtomobillərə görə isə 700 AZN alınacaq.

Bundan əlavə ölkə daxilində də köhnə avtomobillərdən utilizasiya pulu alınacağı açıqlanıb. Hələlik bu rüsumun məbləği və forması ilə bağlı rəsmi açıqlama olmayıb. Lakin utilizasiya haqqınının yığılması ölkə daxilində avtomobillərin qiymətinin bahalaşması ilə nəticələnəcək. Köhnə maşınların qiyməti 3-5% aralığında yüksələcək”.

Bənzər yazılar