Top.Mail.Ru
ƏYALƏT

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb – RƏY

Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrindən biridir. 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlişi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəni uçuruma aparan, müstəqilliyimizi, milli dövlətçiliyimizi təhdid edən proseslərin qarşısını aldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Saytların yığılması Saytların yığılması

Deputat vurğulayıb ki, Ulu Öndərin zəngin siyasi təcrübəsi Sovet İttifaqının süqutundan sonra yeni dünya düzənin formalaşdığı, geosiyasi ziddiyyətlərin kəskin xarakter aldığı ağır bir mərhələdə Azərbaycan dövlətçiliyini xilas etdi. Ölkədə mövcud olan və getdikcə dərinləşən siyasi böhran aradan qaldırıldı, ictimai-siyasi sabitlik yaradıldı. Ümummilli Liderin hakimiyyətə gəlişinə qədər Azərbaycanda dövlət idarəçilik sistemi demək olar ki, yox səviyyəsində idi. Hakimiyyət institutları üzərinə düşən vəzifələri icra edə bilmir, siyasi sistemin strukturu xaotik fəaliyyət göstərirdi. Ulu Öndər qısa müddətdə dövlət idarəetmə sistemini işlək vəziyyətə gətirdi, cəmiyyətdə həmrəyliyin yaranmasına nail oldu.

S. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin də öz çıxışlarında vurğuladığı kimi, Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra iqtisadiyyatda davamlı inkişafa nail olundu. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi potensialını gücləndirməyə, beynəlxalq aləmdə nüfuzunu yüksəltməyə imkan yaratdı. 1995-ci ildə keçirilən parlament seçkiləri, eləcə də Konstitusiyanın qəbulu hüququ dövlət quruculuğu prosesində çox mühüm addımlardan idi. Ulu Öndərin siyasəti bir neçə mühüm məqsədə nail olmağa imkan verdi: çevik dövlət idarəçilik sisteminin qurulması, iqtisadiyyatda sabitliyin və inkişafın təmin olunması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, milli həmrəyliyə nail olunması və beynəlxalq münasibətlər sistemində ölkənin mövqeyinin möhkəmləndirilməsi. Bütün bu hədəflərin reallaşdırılması bizim bugünkü nailiyyətlərimizin əsasını təşkil edir.

Deputat bildirib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət məhz Ulu Öndərin ideyalarının reallaşması ilə nəticələnib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, regionun aparıcı dövlətinə çevrilib, tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Bənzər yazılar