Top.Mail.Ru
ƏYALƏT

Azərbaycanda çörəyin qiyməti bahalaşır? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Bəs görəsən, unun qiymətindəki artım çörəyin bahalaşmasına təsir göstərəcək?

Saytların yığılması Saytların yığılması

KAİM.az bildirir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev “Unikal”a açıqlamasında deyib ki, ölkədə çörəyin qiymətinin artması gözlənilmir.

“Ola bilsin ki, bu aylarda un məhsullarına olan tələbat yüksəldiyi üçün müəyyən qiymət artımı olsun. Bir neçə gündən sonra buğda və arpa biçininə başlanılacaq. Sözsüz ki, bazar tənzimlənməlidir. Ona görə də narahatlığa səbəb yoxdur”, – deyə komitə sədri bildirib.

Bənzər yazılar