Top.Mail.Ru
ƏYALƏT

Azərbaycanda məktəbdə yanğın oldu – VİDEO

Mingəçevirdə məktəbdə yanğın baş verib.

KAİM.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə qeydə alınıb.

Saytların yığılması Saytların yığılması

Şagirdlər polislər və məktəb rəhbərliyinin köməyi ilə təxliyə ediliblər.

Valideynlər bildiriblər ki, bu, 8 saylı tam orta məktəbdə tədris ili başlayandan artıq ikinci analoji hadisəsidir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik açarında qısaqapanma olduğu müəyyən olunub.

Yanğın hadisəsi qeydə alınmayıb.

Bənzər yazılar