Top.Mail.Ru
ƏYALƏT

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri vəfat edib.

KAİM.az Ölkə.az-a istinadən xəbər verir ki, Miqrant Şurasının sədri Gökhan Çoban xərçəng xəstəliyindən dünyasını dəyişib.

Saytların yığılması Saytların yığılması

Məlumata görə, müalicə aldığı “Emsay” xəstəxanasında vəziyyəti ağırlaşan G.Çoban bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, o daha əvvəl də Rabitəbank ASC-də Pərakəndə Bankçılıq Departamenti Direktorun müşaviri olaraq işləyib.

G.Çoban 2022-ci ilin dekabrda Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri seçilmişdi.

10 ildən çoxdur Azərbaycanda yaşayan G.Çoban azərbaycanlı xanımla evli idi.

O, daha əvvəl xərçəng xəstəliyinə qalib gəlsə də, sonra yenidən bu xəstəlik onda baş qaldırmışdı.

Bənzər yazılar