Top.Mail.Ru
ƏYALƏT

Azərbaycandakı qəbiristanlıqların sayı AÇIQLANDI

“Azərbaycanda 4204 qəbiristanlıq var ki, onların da 3268-i bələdiyyələrə təhvil verilib”.

Bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.

Saytların yığılması Saytların yığılması

Nazir müavini bildirib ki, 900-dən artıq qəbiristanlıq isə hələ təhvil verilməyib: “Bunun da təxminən bir neçə səbəbləri var. Əsas səbəb də xəritələrin tam dəqiq olmamasıdır. Ona görə də bu işi başa çatdırmaq düzgün deyil. Bundan başqa, orada əmlakların bəzilərinin mülkiyyət sənədləri yoxdur. Bu günə kimi də alınmayıb. Ona görə də belə çətinliklər bu gün var. Tək-tük rayon icra hakimiyyətləri var ki, orada komissiyalar yaradılsa da, təhvil-təslim işləri bir az dayanıb. Bu işlər diqqət və nəzarətdədir”. (Report)

Bənzər yazılar