Top.Mail.Ru
ƏYALƏT

BAHALAŞMA ANONSU – 2024-cü ildə hansı məhsulların qiyməti artacaq?

Dünyada cərəyan edən iqtisadi proseslər səbəbilə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da növbəti il üçün bir sıra xidmət və məhsullarda bahalaşma gözlənilir. Ekspertlər bu barədə bir sıra fikirlər irəli sürürlər. Görəsən, ən çox artım hansı məhsullar üçün nəzərdə tutulub?

Bu barədə “Yeni Sabah”a danışan iqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı suallara aydınlıq gətirib:“Qiymət artımı əhalinin istehlak səbətinə daxil olan məhsullarda daha çox gözlənilir. Bu sıraya spirtli içkilər və tütün məhsulları da aiddir. Siqaret qiymətlərində olacaq artımı da gözardı etmək olmaz. Sözügedən proses müxtəlif xidmətlərə də təsirsiz ötüşməyəcək. Həmçinin qiymət artımı qeyri-ərzaq mallarından da yan keçməyəcək”.Ekspert vurğulayır ki, burada böyük rəqəmlərdən söhbət getmir:“Bütün hallarda artım tendensiyası 2022-2023 ilin statistikasını ötməyəcək. Əvvəlki illərlə müqayisədə demək olar ki, artım tempinin azalması ehtimal olunur. Ümumi inflyasiya göstəricilərinin ötən illərə nisbətən enməsi planlaşdırılır. Bu haqda olan proqnoza baxanda 2024-cü ildə orta inflyasiyanın 5,3 faiz olması gözlənilir.Növbəti ildən Rusiyaya yumurta ixracının həcminin artması proqnozlaşdırılır. Əgər bu baş verərsə, yumurtanın qiymətində də müəyyən qədər bahalaşma ola bilər. Son dönəmlər ətin qiymətində də stabilləşmə və azalma var.

Saytların yığılması Saytların yığılması

Bu səbəbdən 2024-cü ildə ətin qiyməti də bahalaşa bilər”

Bənzər yazılar