Top.Mail.Ru
ƏYALƏT

Bakıda mühüm sazişlər imzalanır, Azərbaycan üçün faydası nə olacaq? – ŞƏRH

“Bakı Enerji Həftəsində qazın ixracının genişləndirilməsi – Mərkəzi Asiyadan, Türkmənistandan gələn qazın, o cümlədən Qazaxıstan neftinin Azərbaycan üzərindən Avropaya ixracı, ümumiyyətlə, ənənəvi enerji layihələri ilə bağlı əməkdaşlığı genişləndirmək kimi məsələlər müzakirə olunur. Bu çərçivədə Cənub Qaz dəhlizinin ötürücü gücünün 50 faiz artırılması ilə əlaqədar layihələrin icrası və s. məsələlər öz həllini tapmalıdır. Bu layihələrin Azərbaycana çox böyük faydası olacaq”.

Bu fikirləri Musavat.com-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Bakı Enerji Həftəsinə dair şərhində bildirib.

Saytların yığılması Saytların yığılması

Ekspert Azərbaycanın elektrik enerjisi ixracı imkanlarını genişləndirəcəyini vurğulayıb:

xalid.jpg (109 KB)

“Birincisi, yaxın bir neçə ildə Avropaya 1,5 milyard kubmetr qaz satacağıq. Bərpaolunan enerjidən istifadə etməklə sərbəst qazı ixrac edəcəyik. Önəmli məsələlərdən biri Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsidir ki, 2022-ci ilin dekabrında Azərbaycan və Gürcüstandan elektrik enerjisinin Avropaya ötürülməsi üçün kabel xəttinin çəkilməsi haqqında saziş imzalanıb. Bu sənədə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan imza atıb. Azərbaycanın stabil olaraq Avropaya elektrik enerjisi ixrac etməsi üçün kabel xətlərinin çəkilməsi önəmlidir. Ötən il qeyri-neft ixracında birinci yerdə 400 milyon dollardan çox məbləğlə elektrik enerjisi dayanır. Azərbaycan 3-4 gigavatt həcmində elektrik enerjisi ixracı imkanlarına malik olsa, bu sahədən gəlirlər indiki neft-qaz ixracı gəlirlərinə bərabər ola bilər. Bir sözlə, Azərbaycan elektrik enerejisi ixracını genişləndirsə, bu hər il milyardlaral dollar gəlir deməkdir. Bu həm də əmtəə bazarından asılılığı azalda bilər”.

Ekspert qeyd edib ki, Naxçıvanın elektrik infrastrukturu yaxşılaşdırılır:

“Həm Naxçıvanın tələbatının ödənilməsi, həm də Türkiyəyə ixrac imkanlarının formalaşması üçün investisiyaların cəlbi gündəmdədir. Eyni zamanda Zəngəzur dəhlizi də formalaşmayıb ki, elektrik enerjisi dəhliz vasitəsilə ixrac olunsun. Maneələr olsa da, istiqamət bəllidir. İnvestisiyalar da ayrılır”.

Bənzər yazılar