Top.Mail.Ru
ƏYALƏT

Britaniya Parlamentinin Lordlar Palatasında Azərbaycanın strateji əhəmiyyəti vurğulanıb

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonrakı müddətdə Ermənistan və Azərbaycan arasında münasibətlər, eləcə də sülh müqaviləsi üzrə perspektivlərin müzakirə olunduğu dinləmələrdə Britaniyalı ekspert, Carnegie Europe Təşkilatının tədqiqatçısı Tomas De Val və Londonda yerləşən və sülh quruculuğu fəaliyyəti ilə məşğul olan International Alert təşkilatının mütəxəssisi Marina Nagai Komitə üzvlərinə müvafiq məsələlər üzrə brifinq verib və Komitə üzvlərinin suallarını cavablayıb. 

tomas_de-vaaal.jpg (171 KB)

Saytların yığılması Saytların yığılması

Tomas De Val

Musavat.com xəbər verir ki, hər iki ekspert birbaşa danışıqlar nəticəsində Azərbaycanla Ermənistan liderlərinin ofisləri tərəfindən verilmiş 7 dekabr tarixli birgə bəyanat və sonrakı etimad quruculuğu tədbirlərini iki dövlət arasında münasibətlərdə müsbət inkişaf kimi qiymətləndirib. İki ölkə arasında açıq qalan məsələlərin 2024-cü ildə sülh müqaviləsi ilə həll olunacağına ümid ifadə olunub.

Komitənin üzvü Lord Robertson Azərbaycanın Britaniyadakı Səfirliyinin dinləmələrdən öncə Komitə üzvlərinə normallaşma prosesinə dair göndərdiyi sənədə istinad edərək Azərbaycan tərəfinin mesajlarının olduqca sülhpərvər olduğunu deyib. O, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın son üç ildəki səylərinə baxmayaraq Ermənistan tərəfinin müsbət cavab vermədiyini və yolun texniki iqtisadi əsaslandırmasını belə həyata keçirmədiyini vurğulayıb.

Screenshot_19.png (327 KB)

Lord Robertson

Azərbaycanın təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi baxımından olduqca böyük əhəmiyyətə malik ölkə olduğunu deyən Tomas De Val Ermənistanın da bu konnektivlik layihələrinə qoşulmasının normallaşma prosesində stabilləşdirici rolu olacağını qeyd edib.

Qarabağdan köçən ermənilərin qayıdış hüququ barədə suala cavab verərkən Marina Naqai Azərbaycanın bu barədə zəruri təminatlar verdiyini deməklə yanaşı, eyni zamanda Azərbaycanlı qaçqınların da Ermənistana qayıda bilməsi üçün danışıqların getməli olduğunu əlavə edib.
Dövlətlərin daxili siyasəti barədə müzakirələr zamanı Marina Nagai bildirib ki Azərbaycanda daxili-siyasi vəziyyət stabildir və Qarabağda qələbə qazanmaqla yanaşı, gələcəyə dair konkret strategiyası olan Prezident İlham Əliyevə Azərbaycan xalqı arasında böyük dəstək var.
Britaniyanın normallaşma prosesinə mümkün töhfəsi müzakirə olunarkən hər iki ekspert təsdiqləyib ki, Azərbaycan və Britaniya arasında münasibətlər yüksək səviyyədədir və iki ölkə arasında qarşılıqlı etimad var. Bu məqamdan çıxış edərək Britaniyanın Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilə bilməsi üçün tərəflərlə işləyə biləcəyi qeyd olunub.

EMd6RjyXkAA_WUL-800x450.jpg (110 KB)

Tomas De Val dünyada gedən proseslər fonunda Orta Dəhlizin rolunun artmasına vurğu verərək Ermənistanın da bu layihənin bir hissəsi ola biləcəyini və bu baxımdan Britaniyanın layihənin irəlilədilməsinə dəstək verməklə həm də sülh prosesinə töhfə verə biləcəyini qeyd edib. Musavat.com

Bənzər yazılar