Top.Mail.Ru
ƏYALƏT

Bu ərazidə Azərbaycan bayrağı QALDIRILDI: Yeni dövlət yaranır – Fransa məğlubiyyətini ELAN ETDİ

Mayın 21-dən 24-dək Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada bütün dövlət və özəl orta məktəb və kolleclərdə dərslərə fasilə veriləcək. Bu barədə yerli hökumət açıqlama yayıb. Qeyd olunub ki, sözügedən tədbir ölkəyə şamil edilir. Fransa ilə Yeni Kaledoniya muxtar bölgəsi arasında böhran böyüyür. Etirazlarla sarsılan adada fövqəladə vəziyyət elan edilib və ən azı 5 nəfər həyatını itirib. Fransa Azərbaycanın ən azı 5 nəfərin öldüyü zorakı etirazları qızışdırdığını iddia edib.

Yeni Kaledoniyada bir müddətdir davam edən etirazlarda ən azı 4 nəfər həyatını itirib. Fövqəladə vəziyyətin elan edildiyi adada fəallar əllərində Azərbaycan bayraqları ilə etirazlarını davam etdirirlər. Fransa isə adada etirazları Azərbaycanın yaratdığını iddia edir.

Saytların yığılması Saytların yığılması

Azərbaycan adadakı etirazlara görə məsuliyyəti öz üzərinə götürmür və Fransanın iddialarını rədd edir. Fransa ilə Azərbaycan arasında davam edən gərginliyin son müzakirəsi Yeni Kaledoniyada keçirilən etiraz aksiyaları olub. Fransa bundan əvvəl Bakı administrasiyasını “ictimaiyyəti çaşdıran yalan məlumat yaymaqda” ittiham etmişdi.

Siyasi şərhçi Asif Nərimanlı Referans.az-a açıqlamasında bildirib ki, Azərbaycan Yeni Kaledoniyanın müstəqillik mübarizəsinə dəstək verir:

“Düzdür, Azərbaycan dəstək verir, amma onların daxili məsələsinə birbaşa müdaxilə etmir. Qoşulmama Hərəkatının üzvləri var və hərəkatın tərkibində başqa təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupu çərçivəsində bu proses dəstəklənir. Hardasa 14-ə yaxın müstəmləkə ərazisi var. Onlar Afrikanın və okean ölkələrinin müxtəlif yerlərində yerləşirlər. Azərbaycanın Yeni Kaledoniyaya dəstək verməsi Fransanın apardığı işğalçı siyasətdən irəli gəlir. Bu xalq faktiki olaraq dünyada dəstəksiz qalmışdı və Azərbaycan onlara dəstək çıxdı. Bizim Yeni Kaledoniyaya verdiyimiz dəstək onların daxili işinə qarışmaq deyil. Fransa vaxtilə onları işğal edib və bu gün biz onların müstəqillik uğrunda verdiyi savaşı müsbət dəyərləndiririk”.

Asif Nərimanlı qeyd edib ki, Azərbaycan beynəlxaq hüququn norma və prinsiplərinə əməl olunmasını tələb edir və bu da tamamilə təqdirə layiq bir hərəkətdir. Onun sözlərinə görə, 1993-cu ildə Fransa yerli əhali olan kanaklarla razılaşma əldə etmişdi: “Müqaviləyə görə, Yeni Kaledoniyada səsvermə hüququ sadəcə o adada yaşamış şəxslər və onların nəsillərinə şamil olunacaqdı. Çünki həmin dövrdə indi olduğu kimi fransızlar ora axın edirdi. Makron bu gün 1993-cü il razılaşmasını pozdu və yeni qanun irəli sürdü ki, artıq Yeni Kaledoniyada 10 il yaşamış şəxslər səsvermə hüququna sahib olsunlar. Bu da adanın demokratik hüquqlarına ciddi pozuntudur”.

Siyasi şərhçi əlavə edib ki, Fransa prezidenti Makron Yeni Kaledoniyanda yanlış siyasət yürüdür və bu yolverilməzdir. Hər bir halda beynəlxaq təşkilatlar və qurumlar tez bir zamanda buna müdaxilə edib vəziyyəti stabilləşdirməlidirlər.

Bənzər yazılar

Bunu da oxu
Close