Top.Mail.Ru
ƏYALƏT

Daxili işlər naziri Oğuz rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 25-də Oğuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KAİM.az-a verilən məlumata görə, o, əvvəlcə Oğuz rayonundakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla anıb.

Saytların yığılması Saytların yığılması

Sonra rayon polis şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarından qəbula gələn 224 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 88 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onların 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Bənzər yazılar