Top.Mail.Ru
ƏYALƏT

Deputatın qaçması, axtarışlar və Japarovun açıqlaması: Qırğızıstanda nə baş verir?

Son bir neçə gündə Qırğızıstanda siyasi müstəvidə baş verən hadisələr mediada geniş rezonans doğurub.

Musavat.com “Tengrinews.kz”ə istinadən xəbər verir ki, qırğızıstanlı politoloq İqor Şestakov ölkədə baş verən son səs-küylü hadisələri şərh edib və siyasi vəziyyəti dəyərləndirib.

Saytların yığılması Saytların yığılması

Məlumata görə, yanvarın 9-da Joqorku Keneşin (Qırğızıstanın parlamenti) deputatları parlamentin üzvü Emil Jamqırçiyevin sərhədi qanunsuz keçməsinə görə məhkəmə qarşısına çıxarılmasına razılıq verdikdən sonra o, ikinci mərtəbənin pəncərəsindən atılaraq parlament binasından qaçıb. Yanvarın 15-də isə ölkənin əsas KİV-lərindən biri olan “24.kg”ın redaksiyasında axtarış aparılıb, nəşrin rəhbərləri dindirilməyə çağırılıb.

Həmin gün Qırğızıstan prezidenti Sadır Japarov müsahibəsində bəyan edib ki, bu gün ölkədə hakimiyyət dəyişikliyi üçün heç bir əsas yoxdur.

“Oy Ordom” Ekspert Təşəbbüsləri Mərkəzinin direktoru İqor Şestakov deputat Emil Jamqırçiyevin qaçmasına münasibət bildirib.

Onun sözlərinə görə, bu hadisə ictimaiyyətin diqqətini cəlb edib, vətəndaşlar tərəfindən zarafat və istehzaya səbəb olub.

“Jamqırçiyevin tərcümeyi-halına baxsanız, deputat olmamışdan əvvəl o, iqtisadi cinayətlərə qarşı mübarizə xidmətində çalışıb və ola bilsin ki, bu vəzifədə qaçaqmalçılıqla mübarizə ilə bağlı məsələlərdə Özbəkistanla müəyyən əlaqələri olub. Ola bilsin ki, ona qarşı aparılan istintaq bu işlə bağlıdır”, – deyə politoloq qeyd edib.

Politoloq ölkənin ən böyük nəşrlərindən biri olan “24.kg”ın redaksiyasında aparılan axtarış və dindirmələrə də münasibət bildirib. Şestakovun fikrincə, populyar mediaya qarşı istənilən əməliyyat rezonans doğurur. Nəşrin özü ölkədə nə iqtidaryönlü, nə də müxalifətçi sayılmırdı, adətən bitərəf mövqe tuturdu.

“Demək olmaz ki, ölkədə demokratik azadlıqların, söz azadlığının birdəfəlik məhdudlaşdırılması gedir. Yadda saxlamaq lazımdır ki, indi təkcə ənənəvi media deyil, sosial şəbəkələr də böyük təsirə malikdir. Baxmayaraq ki, ayrı-ayrı bloggerlərimiz saxlanılsa da, ümumilikdə sosial şəbəkələrdə prezident, nazirlik və idarə rəhbərləri haqqında çox sərt qiymətləndirmələr müşahidə etmək olar”, – o deyib.

Qırğızıstan prezidentinin hazırda ölkədə hakimiyyət dəyişikliyi üçün heç bir əsasın olmaması ilə bağlı bəyanatlarına gəlincə, politoloq qeyd edib ki, bunlar respublikanın ənənəvi siyasi iğtişaşlarla bağlı gözləntiləri ilə əlaqələndirilə bilər ki, bu da demək olar ki, hər il yaz və payızda baş verir.

Bu dövrdə baş verən hər bir böyük mitinq daha böyük hadisələrin mümkün katalizatoru və zorakılıqla hakimiyyətin dəyişdirilməsi cəhdi kimi qəbul edilir.

 

Bənzər yazılar