ƏYALƏT
DİN və Pentensiar Xidmət birgə əməliyyat keçirdi – FOTO
![](https://kaim.az/wp-content/uploads/2024/02/6a6c83768e07e3d1df47e709aabd8df3.jpg)
Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib.
KAİM.az xəbər verir ki, Pentensiar Xidmətdən verilən məlumata görə, yanvarın 31-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Zahid Balakərim oğlu Cəbrayılova məxsus bir ədəd “Karabin” markalı odlu silah və 2 ədəd güllə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
![](https://cdn.musavat.com/news/images/Gugu/c.b./avt665.jpg)