Top.Mail.Ru
ƏYALƏT

Dövlət çevrilişinə cəhddə şübhəli bilinən şəxslər saxlanıldı

Qırğızıstanda dövlət çevrilişinə cəhddə ittiham olunan İmamidin Taşov və Tilekmət Kürənovun fəal silahdaşları saxlanılıb.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, bu barədə yanvarın 11-də Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTDK) mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Faktla bağlı Cinayət Məcəlləsinin “Hakimiyyəti zorla ələ keçirmə”, “Kommersiya və ya digər təşkilatların işçiləri tərəfindən səlahiyyətlərindən sui-istifadə etmə” maddələri ilə cinayət işi başlanıb.

Taşov və Kürənov istintaqdan gizlənirlər, axtarışdadırlar.

MTDK ölkənin müxtəlif rayonlarından axtarışda olanların onlarla fəal tərəfdaşını müəyyən edib. Onlar dindirilib və ifadələri alınıb.

Bildirilir ki, milli təhlükəsizlik işçiləri müəyyən “əsas” şəxsləri saxlayıblar. Onların hökuməti devirmək üçün cinayətkar planlarda əli olması barədə MTDK-ə təsdiqedici məlumat daxil olub.

“Vətəndaş M.A.İ. Oş və Cəlalabad vilayətlərində koordinator vəzifəsini yerinə yetirməli, müxtəlif əsaslarla kütləvi etiraz aksiyaları keçirmək üçün insanları toplamalı idi. Onun vəzifələrinə həm də insanların Bişkekə daşınmasının təşkil etmək daxil olub”, – MTDK qeyd edir.

MTDK əməkdaşları Taşovun yaşadığı ünvana baxış keçirərkən pul, lüks avtomobillər və digər maddi sərvətlər aşkar edərək götürüblər.

“Bütün halların müəyyən edilməsi və çevrilişin təşkilində iştirak edən digər şəxslərin tutulması istiqamətində iş aparılır”, – idarənin açıqlamasında bildirilir.

İmamidin Taşov “KG Group” tikinti şirkətinin və “KG Group” ictimai fondunun prezidentidir. 2021-ci ildə o, Qırğızıstan prezidenti vəzifəsinə namizəd olub və 1,17% səs toplayıb.

Bənzər yazılar