Top.Mail.Ru
ƏYALƏT

Ekspert: “ABŞ-Azərbaycan münasibətlərində böyük çat yarana bilər, əgər..”

Çərşənbə günü Ağ evdə keçirilən mətbuat konfransında prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, administrasiyanın sorğusu “bütün dünyada münaqişələrdən zərər çəkən həssas insanlara” humanitar yardımı nəzərdə tutur.

“Buraya Rusiyanın təcavüzü zamanı öz evlərini tərk edən milyonlarla ukraynalı, həmçinin Sudan və Dağlıq Qarabağda münaqişələrdən əziyyət çəkənlər daxildir”, – o deyib.

Saytların yığılması Saytların yığılması

Ağ Ev bu dəstəyin hansı hissəsinin Qarabağ köçkünlərinə ayrılacağını açıqlamayıb, lakin Dövlət Departamenti dəqiqləşdirib ki, söhbət nağd puldan yox, humanitar yardımdan gedir.

“Əlavə tələbdə ABŞ-ın bütün dünyadakı münaqişələrə reaksiya vermək üçün istifadə edə biləcəyi humanitar yardımdan danışılır”, – Dövlət Departamentinin mətbuat katibi Metyü Miller Turan-ın müxbirinin sualını cavablandırarkən deyib.

Lakin Konqresdəki respublikaçıların əksəriyyətinin əhval-ruhiyyəsi elədir ki, yaxın gələcəkdə bu qanun layihəsinin qəbulu çətin ki, mümkün olsun.

Respublikaçılar təkid edirlər ki, istənilən beynəlxalq hərbi və humanitar yardım paketi ABŞ-Meksika sərhədində təhlükəsizliyin təminatı üzrə tədbirləri də əhatə etməlidir.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a şərhində sözügedən yardımın ayrılıb-ayrılmayacağını belə şərh etdi: “Bu, erməni lobbisinin təklif etdiyi qanun layihəsi kimi yer almalı idi. Lakin respublikaçıların mövqeyi bunun qarşısını aldı, üstəlik 3 cəbhədə-Yaxın Şərqdə, Ukraynada və Tayvanda 100 milyard dollarlıq yardım nəzərdə tutulur. Bu, ABŞ-Meksika sərhədini də əhatə etsə, sözügedən layihə çərçivəsində yardım ayrılması real görünmür. Əgər ermənilərin etnik təmizləməyə məruz qalması qəbul olunarsa, bu ciddi krizisə səbəb ola, ABŞ-Azərbaycan münasibətlərində böyük çat yarada biləcək faktor ola bilər. İndi ABŞ-ın bu addımı atacağını düşünmürəm çünki seçki ərəfəsidir. Digər tərəfdən istisna da deyil. Demokratların səs faizinin azalması da bunu tətikləyə bilər”.

 

Bənzər yazılar