Top.Mail.Ru
ƏYALƏT

Emin Əmrullayevdən XƏBƏRDARLIQ: “Məsələnin ört-basdır edilməsini istəmirik”

“Təbii ki, biz də hər hansı məsələnin ört-basdır edilməsini istəmirik. Amma suallar aidiyyəti üzrə yönləndirilməlidir”.

Musavat.com-un məlumatına görə ,bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Saytların yığılması Saytların yığılması

Nazir bildirib ki, bəzən mətbuatda məsələ araşdırılmamış yekun qərar verilir: “Məsələni dəqiqləşdirməyi və nəticəni gözləməyi tövsiyə edirəm. Ən azından etik prinsipləri qorumalıyıq, çünki bu, çox vacib məsələdir.

Hadisə baş veribsə, mütləq araşdırılmalıdır və bunun üçün vaxt lazımdır. Həmin vaxt müddətində jurnalistlər peşəkar etik qaydalara əməl etsə, yaxşı olar”.

Bənzər yazılar