Top.Mail.Ru
ƏYALƏT

Ermənistan Türkiyə ilə sərhədləri açmaq istəyir

“Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Dövlət Dumasının sədr müavini Karen Tamazyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Saytların yığılması Saytların yığılması

“Gömrük və texniki imkanlar, pasport nəzarəti, sərhəd mühafizəsi baxımından bütün infrastruktur sərnişinlərə lazımi xidmət göstərməyə hazırdır”, – deyə Tamazyan əlavə edib.

Ermənistan mətbuatı xatırladıb ki, Türkiyə 1993-cü ildə birtərəfli qaydada (Kəlbəcərin işğalına cavab olaraq erməni mediası zəruri qeydi “unudub” – red.) Ermənistanla hava və quru sərhədlərini bağlayıb. Vurğulanıb ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə münasibətlərin normallaşması üçün aydın addımlar atmağa hazır olduqlarını bəyan edib və bu məqsədlə hər iki ölkə xüsusi nümayəndələr təyin edib. Onlar 2022-ci il iyulun 1-də Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi barədə razılaşıblar və bu istiqamətdə lazımi proseslərə başlamaq qərarına gəliblər.

P.S. Ancaq bu da var ki, Ermənistanın sülh prosesini pozmağa yönəlik fəaliyyəti, həmçinin Zəngəzur dəhlizinin reallaşmasına maneçilik törətmək cəhdləri Ankara tərəfindən də sərt reaksiyalara səbəb olur. Bu mənada Ermənistanın hazır olub-olmamasından asılı olmayaraq, Türkiyə sərhəd qapılarını Azərbaycanla razılaşdırma əsasında açacaq, bu, dəfələrlə vurğulanıb.

Bənzər yazılar