Top.Mail.Ru
ƏYALƏT

Hər uşağa görə 75 min dollar – Tikinti şirkətindən cəsarətli addım

Cənubi Koreyanın “Booyoung Group” adlı tikinti şirkəti ölkədə son dərəcə aşağı olan doğum səviyyəsini yüksəltmək üçün cəsarətli addım atacaq.

Sfera.az xəbər verir ki, “Booyoung Group” işçilərinə hər doğulan uşağa görə 100 milyon Koreya vonu (təxminən 75 min dollar) ödəməyi planlaşdırdığını bildirib.

Saytların yığılması Saytların yığılması

Şirkət əlavə edib ki, 2021-ci ildən bəri uşaq dünyaya gətirən işçilərinə 70 körpə üçün ümumilikdə 7 milyard Koreya vonu (5,25 milyon dollar) nağd pul ödəyəcək.

Koreyanın rəsmi hesablamalarına görə, 2022-ci ildə ölkədə bir qadının həyatı boyu doğulacaq uşaqlarının orta sayı 0,78-dir. Bu rəqəm dünyada ən aşağı doğum səviyyəsidir. Qadınların doğum əmsalının 2025-ci ildə 0,65-ə düşəcəyi gözlənilir.

Doğumun aşağı olması əhalinin qocalmasına səbəb olur. Təbii artımın azalmasına baxmayaraq Cənubi Koreya kütləvi immiqrasiyaya da şərait yaratmır.

Bənzər yazılar