Top.Mail.Ru
ƏYALƏT

İşdən çıxarılan Şair Alxasov Ramiz Mehdiyevin kadrı olub – Qusarda Mehdiyevlərə malikanələr tikdirib – FOTOLAR

Xəbər verdiyimiz kimi, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov bu gün vəzifəsindən azad edilib.

SAİR.jpg (50 KB)

Saytların yığılması Saytların yığılması

Vəzifəsindən azad olunan icra başçısının yayılan dosyesindən belə aydın olur ki, Şair Alxasov 1958-ci ildə Qusarın Çətkün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.

Musavat.com xəbər verir ki, Şair Alxasov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kadrı idi.

Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra onun digər kadrları kimi, Şair Alxasovun da yola salınacağı barədə xəbərlər yayılırdı. Maraqlı bir məqam da odur ki, Şair Alxasov 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin icra başçısı postuna təyinat alandan sonra onu kollektivə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev təqdim edib. Şair Alxasov icra başçısı olduğu illərdə Ramiz Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələri tikilib. Belə iddialar var ki, malikanələrin tikintisinə Şair Alxasov şəxsən rəhbərlik edib.

Həmin malikanələrdən biri Qusar-Laza yolunun kənarında, meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilib. 3 mərtəbəli malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.

Malikanənin fotolarını 2020-ci ildə Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabından paylaşmışdı.

ALXAS.jpeg (16 KB)

Kamilə Əliyeva 

Bloger Həbib Müntəzir Kamilə Əliyevanın paylaşdığı fotoları ictimailəşdirmişdi.

ALXAS SON.jpeg (31 KB)

Həmçinin eyni kənddə Ramiz Mehdiyevin özünün də ayrıca hovuzlu böyük malikanəsi var. Mehdiyevlərin şimal zonasında 100 hektarlarla ölçülən torpaq sahələri də var. Ümumiyyətlə, şimal zonası uzun illər Mehdiyevlərin nəzarəti altında olub və orada torpaqların qanunsuzluqla ələ keçirilməsi həyata keçirilib. Mətbuatda bu haqda kifayət qədər məlumatlar yayılsa da, hələ də həmin məlumatlar araşdırılacağı günü gözləyir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bənzər yazılar