Top.Mail.Ru
ƏYALƏT

İşıq limiti ARTIRILACAQ? – “Azərişıq” ASC-dən RƏSMİ AÇIQLAMA

Son günlərdə yanvar ayından elektrik enerjisi verilişi ilə bağlı tətbiq olunan 200 KV/saatlıq limitin həddi artırılaraq 300 kv/saata çatdırılacağı ilə bağlı məlumatlar yayılıb.

Belə ki, 300 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts-dan 7 qəpik/kVts-a endiriləcəyi, eyni zamanda, 300 kVts – 400 kVts arası 9 qəpik/kVts, 400 kVts-dan yuxarı isə 13 qəpik/kVts qiymət tətbiq olunacağı iddia olunur.

Digər məlumata görə, hazırda bununla bağlı layihə hazırlanır. İddialara görə, sözügedən layihə 2023-cü ilin sonuna qədər Milli Məclisə və AR-nın Tarif (qiymət) Şurasına təqdim olunacaq.

Saytların yığılması Saytların yığılması

İşıq limiti artırılacaq?

Mövzu ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, limitin və qiymətlərin artırılması ilə bağlı heç bir layihə hazırlanmır:

“Bu məsələ bizim səlahiyyətimizə daxil deyil. Qiymətlər Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir”.

İqtisadiyyat Nazirliyindən isə sorğumuza cavab olaraq, Tarif Şurasına belə bir müraciətin daxil olmadığı bildirilib.

Bənzər yazılar