Lerik meşələrində “yaşıl terror”: Ekalogiyaya qənim kəsilən Mirzəyev qardaşları ilə bağlı VİDEO+FOTO

İşləri məhkəmədə ola-ola özlərinə qoyulmayan Sultan və Xalid qardaşları növbəti cinayətlərini törədiblər. Belə ki, onların tədarük etdikləri yük maşını avqustun 12-də polis tərəfindən saxlanılıb. Məlum olub ki, yük maşınının kuzovuna alt tərəfdə işlik material yığan oğrular üst hissəyə oduncaq yığaraq örtməyə çalışıblar. Bu isə qardaşların əvvəllər də sınaqdan keçirdikləri cinayət metodudur. Əgər onların cərimələnmələrinə səbəb olan aşkarlanmış əməllərinin sayı 5-6-dırsa, təxmin etmək olar ki, üstü açılmamış əməlləri dəfələrlə çoxdur. Üzə çıxmayanların sırasında isə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mühafizəçilərinin təmənna qarşılığında göz yumduqları, əlbir surətdə həyata keçirdikləri də az deyil. Amma yenə sə sağ olsun, Lerik Rayon Polis Şöbəsinin vicdanlı əməkdaşları ki, meşə qənimlərinə güzəştə getməyiblər.
Di gəl, Lerik rayon Məhkəməsinin sədri cənab Atabəy Kiçibəyov 5-6 aydır ki, işi yubadaraq hələ ki, heç bir təsirli qərar qəbul etməmişdir. Məlumata görə, növbəti məhkəmə iclası oktyabr ayının 3-də keçiriləcəkdir. Ümid edək ki, bu dəfə Mirzəyev qardaşları layiqli cəzalarını alacaqlar.