Top.Mail.Ru
ƏYALƏT

Məşhur məmurun məmur oğlu ov edərkən həlak olub – FOTO

İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.

KAİM.az  yenisabah.az-a isitnadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib.

Saytların yığılması Saytların yığılması

Hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Elşad Astanov göldə ov edərkən qayıq aşıb və o boğularaq ölüb.

Qeyd edək ki, göldə boğulan gəncin atası Şükür Astanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin sabiq rəisi olub. İmişlidə kifayət qədər tanınan Şükür Astanovun sahibkarlıq fəaliyyəti ilə də məşğul olduğu deyilir.

mm gb.JPG (36 KB)

 

Bənzər yazılar