Top.Mail.Ru
ƏYALƏT

Məşhur seysmoloqdan DƏHŞƏTLİ ZƏLZƏLƏ xəbərdarlığı

Türkiyəli alim, seysmoloq Naci Görür zəlzələyə davamlı şəhərlərin salınmasının vacib olduğunu vurğulayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələlərlə bağlı xəbərdarlıq edən alim Şərqi Anadolu fayına diqqət çəkib.

Saytların yığılması Saytların yığılması

Adıyaman Ticarət və Sənaye Palatasının Konfrans Salonunda keçirilən “Zəlzələyə Dayanıqlı Şəhərlər Simpoziumu”nda çıxış edən seysmoloq “ölkənin bir nömrəli gündəmi zəlzələlər olmalıdır” deyib:

“Hakimiyyət və ya müxalifət cəbhəsindən bələdiyyə sədrliyinə namizədlər insanlara söz verəndə zəlzələyə davamlı şəhərlər salacaqlarını deyirlər. Bu coğrafiyada 13,6 milyon il əvvəl zəlzələlər meydana gəlib və o vaxtan bəri davam edir. Milyonlarla il də davam edəcək. Ona görə də zəlzələlər bu ölkənin bir nömrəli gündəmi olmalıdır. İndi biz nə edə biləcəyimizi araşdırmalıyıq. Zəlzələdən sağ çıxa bilmək üçün zəlzələyə davamlı şəhərlər tikilməlidir”.

N.Görür bildirib ki, Şərqi Anadolu fayı vaxtı gələndə mütləq zəlzələ törədəcək.

Bənzər yazılar