Top.Mail.Ru
ƏYALƏT

“Narkotikadan qorxuruq – COLA-lar, FANTA-lar” – Sabir Rüstəmxanlı

Narkotikadan qorxuruq. Amma başqa bir narkotika var. Brend deyilən fantalar, colalar da vərdiş yaradır. O vərdişdən uşaqlarımızı xilas edə bilmirik. Uşağa deyirsən gəl, yemək ye. Deyir yox, mənim üçün filan qidadan olmalıdır. Nə var onların içərisində? Niyə asılılıq yaradır? Düşünürəm ki , qida təhlükəsizliyi baxımından bu qidaların tərkibi araşdırılmalıdır.

News24.az xəbər verir ki, bunu Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı millət vəkili  Sabir Rüstəmxanlı deyib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, bu ciddi problemdir: « Bu bir vətəndaş olaraq məni narahat edir.  Niyə öz brendlərimiz yaranmasın? Üzüm var, nar var, şərab var. Bunlar Azərbaycan daxilində fırlanır, ancaq kənara çıxmır. Marketə gedirsən su almağa, baxırsan Fransadan da su gəlir, ancaq öz sularımız boş-boşuna axıb gedir. Bu məni ciddi narahat edir».

Bənzər yazılar