Top.Mail.Ru
ƏYALƏT

Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR – Vaxt açıqlandı/ VİDEO

Təkcə Qafqazın deyil, dünyanın geosiyasi xəritəsinin mühüm hissəsi. Zəngəzur dəhlizi…

Azərbaycan Ordusunun yaratdığı yeni reallıq Cənubi Qafqazda ba­lansların dəyişməsinə səbəb oldu. Zəngəzur dəhlizinin yaranmasına imkan yarandı. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib.

Saytların yığılması Saytların yığılması

O, bu barədə “Tvnet”ə müsahibəsində danışıb.

Nazir bildirib ki, Ermənistan tərəfi bu məsələyə müsbət baxmasa da artıq baş nazir Nikol Paşinyan da dəhlizin əhəmiyyətini başa düşür və bunun doğru seçim olduğunu bildirir.

Türkiyəli nazirin sözlərinə görə dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq.

Daha ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar