Top.Mail.Ru
ƏYALƏT

Nazirlər harda səs verib? (FOTO/YENİLƏNİB)

Daxili işlər naziri Vilayət Eyvazov səsvermə hüququndan Xankəndidə istifadə edib.
 KAİM.az Trend-ə istinadən xəbər verir ki, nazir 122 saylı Xankəndi seçki dairəsinin 16 saylı məntəqəsində növbədənkənar Prezident seçkilərində səs verib.
****
Müdafiə naziri Zakir Həsənov da prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
Report xəbər verir, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
***
Baş nazir Əli Əsədov prezident seçkisində səs verib.
“Report” xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
***
Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi davam edir.
Oxu.Az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səs verib.
C.Bayramov prosedurlara uyğun olaraq, qeydiyyatdan keçib, seçki bülletenini alıb. Daha sonra kabinəyə keçərək öz namizədinə səs verib və bülleteni qutuya atıb.

Bənzər yazılar