Top.Mail.Ru
ƏYALƏT

Peyvənd olunanlar da ölür, qızılca mutasiyaya uğrayıb? – MÜHÜM AÇIQLAMA

Bir neçə gün öncə Qazaxda yeniyetmənin qızılcadan dünyasını dəyişməsi müzakirəyə səbəb olub. Belə ki, onun 1 və 6 yaşında peyvənd olunduğu bildirilir.

Qeyd edək ki, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə xəstəxanasına aparılıb. Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övladını Bakıya aparmaq qərarına gəlib. Bu zaman Şabanzadə Nəzrin yolda dünyasını dəyişib. Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxub.

Saytların yığılması Saytların yığılması

Qazax rayon Hüseynbəyli tibb məntəqəsinin tibb bacısı Esmira Quliyeva “Sputnik”ə açıqlamasında deyib ki, Qazaxda qızılcadan dünyasını dəyişən yeniyetmə qızılcaya qarşı vaksin olunub. O bildirib ki, 12 yaşlı Şabanzadə Nəzrin Fərrux qızı 1 və 6 yaşlarında qızılcaya qarşı peyvənd olunub:

“Əvvəlcə ailədə Nəzrinin kiçik qardaşı yoluxmuşdu. Sonra valideyni bildirdi ki, Nəzrinin də bədənində səpgilər var. Qızılcanı çox yaxşı çıxarırdı, temperaturu yox idi. Ona görə də müalicə təyin olunmamışdı. Qəfil temperaturu qalxdı. Bundan sonra uşağı Qazax Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə xəstəxanasına apardılar. Amma müalicə nəticə vermədi”.

Ümumiyyətlə, son günlər peyvənd olunanların da təkrar virusa yoluxması və daha ağır formada keçirməsi barədə əhali arasında şikayətlər çoxalıb.

Qızılcaya qarşı peyvənd təsirini itiribmi, yoxsa virus mutasiyaya uğrayıb?

QARAYEV.jpeg (71 KB)

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb:

“Birincisi, mən o uşağın iki dəfə peyvənd olunmasına inanmıram. Bakının ortasında peyvənd etdirən yoxdur, qalmışdı Qazaxda. Amma ailənin haqqına girməyim. Ola bilər etdiriblər, amma ehtimal çox azdır. Virus mutasiyaya uğramayıb. Sadəcə bu il ağırlaşmalar daha çoxdur, ölüm halları çoxdur. Həm də çox ictimailəşdirilir, bu pandemiyadan əvvəl də ölüm halları var idi, amma ictimailəşdirilmirdi. Mutasiyaya uğraması doğru deyil, analiz var, cavab var, ağırlaşma göz qabağındadır. Ensefalit qızılcanın ən ağırlaşmış formasıdır. Bundan sonra pnevmoniya gəlir”.

Bənzər yazılar