Top.Mail.Ru
ƏYALƏT

Polisdən daha bir ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

“Kibercinayətkarlıq halları təkcə Bakı şəhərini əhatə etmir”.

Bunu KAİM.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

Saytların yığılması Saytların yığılması

O qeyd edib ki, Yevlaxda görülən tədbirlərlə kiber üsulla vətəndaşların bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 6 nəfər polis tərəfindən müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib.

“Zərərçəkmiş şəxslərə dəyən 20 min manata yaxın maddi ziyanın ödənilməsi istintaqla təmin olunub. Polis əməkdaşları riskləri nəzərə alaraq, Yevlaxda kibercinayətkarlıqla əlaqəli cinayətlər üzrə sakinlərlə maarifləndirmə işlərini davam etdirir”, – qurum rəsmisi əlavə edib.

 

 

 

 

 

Bənzər yazılar