Top.Mail.Ru
ƏYALƏT

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda iki seçki məntəqəsi yaradılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkilərinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal davam etdirilir.

Azərbaycanın İstanbuldaki baş konsulluğundan Trend-ə bildirilib ki, baş konsulluqda 17 saylı Yasamal üçüncü seçki dairəsinin 53 və 54 saylı seçki məntəqələri təşkil olunub. Bu məntəqələrdə yerli vaxtla saat 08:00-dan 19:00-a qədər baş konsulluğun əhatə dairəsində daimi yaşayan, müvəqqəti və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş, aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşları səs verə bilərlər.

Saytların yığılması Saytların yığılması

Seçki günü uzaqda yaşayan və səsvermədə iştirak etmək istəyən vətəndaşlarımız üçün baş konsulluq tərəfindən nəqliyyat vasitələri təmin olunacaq. Vətəndaşların İstanbulun Kiçikçəkməcə, Sultanqazi, Bayrampaşa rayonlarından, eləcə də Bursa vilayətinin Osmanqazi və Nilufər rayonlarından nəqliyyat vasitələri ilə seçki məntəqələrinə gəlmələri təşkil ediləcək. Həmçinin vətəndaşlarımızın səyyar səsvermə hüququndan istifadə ilə bağlı müraciətləri nəzərə alınaraq, məntəqəyə gələ bilməyən seçicilərin yaşadıqları ünvanlara səyyar qutular göndəriləcək.

Bənzər yazılar