Top.Mail.Ru
ƏYALƏT

Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılması ilə bağlı müzakirələr aparılır – Qaluzin

Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir, Rusiya Federasiyası bu məsələdə uğur eldə edilməsinə ümid edir.

Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “Rusiya – Azərbaycan” sessiyasında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Saytların yığılması Saytların yığılması

“Qeyd etmək istərdim ki, əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı Azərbaycanda baş konsulluqlarımızın yaradılmasına uyğun olardı. İndi biz azərbaycanlı dostlarımızla bununla bağlı danışıqlar aparırıq və ümid edirik ki, bu danışıqlar da uğurlu olacaq”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 5-dən 8-dək keçirilir. Builki forumun mövzusu “Çoxqütblü dünyanın əsası yeni inkişaf nöqtələrinin formalaşması”dır.

Bənzər yazılar