Top.Mail.Ru
ƏYALƏT

Sabiq nazir sensasion detalları açıqladı: Ermənistan “pik”ə iddia edir, 4 şərti də var…

Bir çox şərhçi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövzulardan danışarkən ikinci dərəcəli, daha dəqiq desək, müşayiətçi amillərə böyük diqqət yetirir. Onların arasında danışıqlar aparan qrupların formatı və tərkibi, görüşlərin yeri, növbəti görüş üçün “xoş xidmət” təmin edən ölkələrin motivasiyası və s. var.

Saytların yığılması Saytların yığılması

Referans.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.

O bildirib ki, bununla belə, bütün bu rəngarəngliyin arxasında əsas sual kölgədə qalır – iki ölkə arasında gələcək sərhəd məsələsi:

“Ermənistan öz ərazisinin Rusiya imperiyasının və onun bolşevik klonu olan SSRİ-nin ekspansiyasının əvvəlindəki “pik” vəziyyətinə iddia edir. Eyni zamanda o:

– qonşulara münasibətdə genişlənmə siyasətinin hüquqi və ideoloji əsaslarından əl çəkmir;

– Azərbaycana qarşı silahlı təcavüzə görə siyasi və mənəvi məsuliyyətdən imtina edir;

– təcavüzün nəticələrini kompensasiya etmək istəmir;

– nəzarətində olan ərazidə avtoxton sakinlərə (dədə-baba torpağından qovulan azərbaycanlılara – red.) münasibətdə tarixi ədalətin bərpası mövzusunu nəzərdən keçirmək istəmir.

Onun mövqeyinin bu parametrləri belə qənaətə gəlməyə imkan verir ki, erməni siyasi elitası Ermənistanın otuz il əvvəl başladığı münaqişədə uduzan tərəf olması reallığını anlamır və ya qəbul etmək istəmir.

Paşinyanın təşəbbüsü ilə bu gün danışıqlar masasında “çərçivə sülh müqaviləsi” layihəsi dayanır ki, bu da öz hüquqi statusuna görə Azərbaycanın təklif etdiyi hərtərəfli müqavilə deyil, niyyət bəyannaməsidir.

Yuxarıda deyilənləri nəzərə alsaq, siyasi marginalların işğaldan azad edilmiş kəndlərə görə başlatdığı “stəkanda fırtına” ümumerməni gündəmini təbliğ etmək naminə teatr tamaşasından başqa bir şey deyil…”  /axar.az

Bənzər yazılar