Top.Mail.Ru
ƏYALƏT

“Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi”nin direktoru Sevda Əliyeva: “Toya “nəmər”dən əlavə 100 manatdan yığın və…”

Sumqayıtda yerləşən təhsil müəssisələrində baş verən qanunsuzluqlar barədə daim redaksiyamıza şikayətlər daxil olmuşdur. Bunların içərisində “Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi” xüsusilə seçilir.

Xatırladaq ki, bu yaxınlarda müxtəlif başlıqlı məqalələr dərc etmişdik. Onu da qeyd edək ki, bu məktəbin direktor sarıdan heç vaxt bəxti gətirməyib. Hələ iki il bundan əvvəl də saytımızda “Saxta “covid pasportu” alan məktəb direktoru” və “Təhsil ocağında “korona sərgüzəştləri”” başlıqlı məqalələr də dərc etmişdik. Həmin məqalələrdən də görünür ki, məktəbdə rüşvətxorluq azalmayıb, əksinə artıb.

Saytların yığılması Saytların yığılması

Belə ki, V. İbrahimovdan əvvəl məktəbin direktor əvəzi olmuş Sevda Əliyeva dövlət vəsaitlərini müxtəlif üsullarla mənimsəməklə məşğul olmuşdur. Təhsil ocağı xüsusi tipli məktəb olduğundan orada əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır və onlara dərslər ev şəraitində keçilir. Əvvəlki direktorlar Məhəmməd Süleymanov və Mehman Adıgözəlovun zamanından daha artıq pul istəyən S.Əliyeva direktor təyin olunan gündən İcra hakimiyyətinə, Təhsil Nazirliyinə və digər qurumlara vermək adıyla ildə 2 dəfə hər müəllimdən 600-700 manat pul alırmış. Həmin pulu verməyənləri isə maaşa əlavə edilən 50 faiz vəsaiti kəsəcəyi ilə hədələyirmiş. Məktəbdə dərs saatları da pulla satılırmış. Belə ki, 18 saat dərs 500, 24 saat dərs 800 manat imiş. 50 faizə görə də əlavə 500 manat alınırmış ki, guya Hesablama Palatasına çatacaq. Bu azmış kimi direktorun tapşırığı ilə ayda hər müəllimdən 60-70 manat da əlavə pul yığılırmış.
Pandemiya zamanı isə dərslərin keçirilməsi demək olar ki, sıfır səviyyəsinə düşübmüş. Həmin vaxt ondan narazı qalan 9-cu sinif şagirdi Ayxan Allahverdiyevin valideyni Rəsmiyyə xanımın da şikayəti elə dərslərin keçirilməməsindən olub. Bundan əlavə saytımıza daxil olan məlumata görə 2020-ci ilin son aylarında direktor əvəzi Sevda Əliyevanın 17 saylı məktəbdən dəvət etdiyi Sevda Şahmərdanova adlı müəllimədən aldığı 1.200 manat rüşvəti onun koronavirus xəstəliyindən rəhmətə getməsindən sonra ailəsinə qaytarmaq belə istəməyibdir. Rəhmətliyin qohumu Babək Zeynalov adlı şəxsin əlaqədar qurumlara etdiyi şikayətlərdən sonra direktor bu pulu qaytarmışdır.
Həmin vaxt məktəbin bir qrup müəllimələri adından Aynurə Tahirova adlı bir şəxs redaksiyamıza aşağıdakı müraciəti ünvanlamışdı:
“Bildirmək istəyirik ki, “Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi”nin müəllimləri olaraq biz daha boğaza yığılmışıq. 2-ci ildir ki, məktəbimizə Sevda Əliyeva adlı bir nəfəri direktor əvəzi göndəriblər. Məktəbə ayaq basdığı gündən ancaq pul yığır. Sevda Əliyeva bizim məktəbə gələnə kimi 500 manata 30 saat dərs alırdıq, bu lap ağ eləyib. 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir, kimin pulu var verib dərsini alır. Bizim pulumuz yoxdur, deyir sizə dərs düşmür. Deyir “mən bura elə-belə gəlməmişəm, məni bura göndəriblər. Sərt karantin vaxtı bizi məcbur edib işə çıxardırdı, sms götürüb məktəbə gəlib 3-4 saat qorxa-qorxa oturub gedirdik ki, birdən polis tutub cərimə edər. 2 ildir ki, stres içində yaşayırıq. Özü həkim qızının tanışları vasitəsiylə vaksin vurdurmadan saxta covid-19 pasportu alıb, bizi hədələyir ki, sentyabrın 15-ə kimi hər iki vaksini vurdurmayan işə buraxılmayacaq. Qanını yoxlasalar inanın vaksin vurdurmadığı aşkar olacaq. Məktəbdə başqa bir neçə yaxın olan müəllimlərə də belə saxta pasport təşkil edib. Bu qadın əvvəl işlədiyi Sumqayıt 2 saylı orta məktəbdən də elə bu cür əməllərinə görə qovulub, yenə dərs çıxarmayıb, direktor imtahanından keçə bilməyən adamı bizə rəhbər qoyublar, gələn gündən pul, pul deyir. Diaqnostik yoxlamalardan 6 bal yığana dərs verir, 40 bal yığana vermir, deyir pul verməsən dərs yoxdur. S.Əliyeva dərsləri satıb pulunu Arzu Alızadə ilə bölür. Bizdən pul yığıb saytlara, jurnallara verib özü barədə tərif yazıları yazdırır. Sonra da bizə deyir ki, hər sayta ayda 200 manat verirəm ki, məktəbə dəyməsinlər. Sevda Əliyeva 2 il direktor olduğu vaxtda bir dəfə də dərs keçməyib, məktəbdə oturub ancaq valideynlərə zəng edib deyib ki, “filan müəllimədən imtina edin, yoxsa uşağınız gələn il tibbi komissiyadan keçməyəcək”. Tibbi pedaqoji komissiyanın müdiri ilə əlbur olub dediyi ilə razılaşmayan valideynləri də incidir, uşaqlarını məktəbdən uzaqlaşdırmaqla hədələyir. Bu cür yollarla dərsləri müəllimlərdən alıb əvəzetməyə çıxarıb pulunu özünə götürür. Sevda Əliyeva bu 2 ildə o qədər qanun pozuntusu edib ki, artıq boğaza yığılmışıq və nə edəcəyimizi bilmirik. İş o yerə çatıb ki, məktəbin savadlı müəllimləri qıraqda qalıb başqa məktəblərin müəllimələrini çağırır ki gəlin pul verin dərs verim. Bazar günü məktəblər bağlıdır, S.Əliyeva dərs bölgüsü eləyir, biz haqsızlığa etiraz edəndə də özünə nəsə edib qanını üstümüzə tökəcəyini deyir. Çox xahiş edirik, məktəbimizə elə öz kollektivimizdən Elnurə müəllimə direktor əvəzi təyin olunsun, məktəbin işini də o aparır, özü də ədalətli insandır. Biz Sevda Əliyevanı istəmirik”. Bu müraciətdən də göründüyü kimi kollektivin istəyi nəzərə alınmayaraq Elnurə müəllimə deyil, başqa bir məktəbdən rüşvətxorluğa görə işdən çıxarılan Vladim İbrahimovu Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva nələrinsə müqabilində “Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi”nə direktor təyin edibdi.
Bu qədər qanunsuzluqlar etmiş bir şəxs isə İlhamə Abdullayevanın himayəsinə sığınaraq Sumqayıtda 21 saylı orta məktəbdə hələ də direktor müavini işləyir və öz əməllərini orda davam etdirir. Ümidvarıq ki, əlaqədar orqanlar bu yazımızdan sonra dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını alacaq və günahkarları cəzalandıracaqdır. Hörmətli direktor Sevda Əliyevanın bu gün övladının toyudur. Bu xanım hər bir müəllimdən “nəmər”dən əlavə 100 manatdan pul yığdırıb. Bu başqa bir yazının mövzusudur.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.Gundelik-baku.com

Bənzər yazılar