Top.Mail.Ru
ƏYALƏT

Sumqayıtda güclü partlayış – xəsarət alanların FOTOları

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

KAİM.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Saytların yığılması Saytların yığılması

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

——-

21:23

Sumqayıtda partlayış baş verib.

KAİM.Az Trend-ə istinadən xəbər verir ki, xəbər verir ki, hadisə Y.Məmmədov (Metallurq) küçəsi, 2 saylı yataqxanada qeydə alınıb.

Partlayış zamanı 1 ailənin 4 üzvü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar