Top.Mail.Ru
ƏYALƏT

Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir – Əli Əsədoov

Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir.

Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.

Saytların yığılması Saytların yığılması

Baş nazir bildirib ki, Azərbaycanda cəlbedici investisiya mühiti var və xarici investorların maraqları, buraya qoyulan vəsait dövlət tərəfindən qorunur: “Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları sərmaye qoyulub, bunun 200 milyard ABŞ dolları qyeri-neft sektronun payına düşür. Bu, Azərbaycanda olan münbit sərmaye iqlimin nəticəsidir. Türkiyə şirkətləri də bundan istifadə edir. Belə ki, Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir”.

O deyib ki, hazırda Azərbaycanın işğaldan azad edilən ərazilərində Türkiyə şirkətləri də yaxından iştirak edir:

“20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, Türkiyədə Azərbaycan şirkətləri müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadiyyatına öz töhfəsini verib”.

Əli Əsədov söyləyib ki, iki ölkə arasında qarşılıqlı investisiyanın həcmi artmaqda davam edir:

“Türkiyə indiyədək Azərbaycana 16 milyard ABŞ dollardan artıq sərmayə yatırıb. Azərbaycanın qoyduğu sərmayenin həcmi isə 20 milyard ABŞ dollarından artıqdır”.//Referans.az

Bənzər yazılar