Top.Mail.Ru
ƏYALƏTÖZƏL

Xaçmazda 4 milyona başa gələn yolu görün, NƏ HALA SALIBLAR? – FOTOFAKT

“Xaçmazın 7 kəndi birləşdirən Qusarçay – Yeni Həyat yolu bir aydı qazılıb. Bu yolun yenidən bərpa olunması üçün, Prezident İlham Əliyev dövlət büdcəsindən nə az, nə çox 4 milyon manat vəsait ayırmışdı…”

KAİM.az Dia-az.İnfo-ya istinadən xəbər verir ki, bunu öz etirazında sözügedən bölgədə yaşayan ictimai fəal Vüsal Basaratvi ifadə edib.

Saytların yığılması Saytların yığılması

İctimai fəal daha sonra dağıdılan yolun fotolarını paylaşaraq bunları qeyd edib:

“Sözümün canı odur ki, 4 milyonluq yolu bu vəziyətə salmısan, heç olmasa dağıtdığın yeri bərpa et də. Mən bu yol üçün qapı-qapı gəzib 7 kənddən imza toplayanda nə məndə, nə atamda , nə də qardaşımda maşın var idi. Taksi tutub, bir-bir kəndləri gəzmişəm”.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinə xitab edən Vüsal Basaratvi əlavə edir: “Sizdən artıq dərəcədə xahiş edirəm, yolu bu vəziyəti salanın kimliyi araşdırılsın və dağıdılmış hissənin bərpa olunması üçün lazimi tədbirlər görülsün…”

 

Bənzər yazılar