Xocalıda musiqi məktəbində xeyli sayda avtomat, pulemyot və qumbaraatan aşkarlandı/FOTO
![](https://kaim.az/wp-content/uploads/2024/02/4308c9e4-bb29-3034-aa04-74d316e67dbf-1-780x470.jpeg)
Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb.
Bu barədə KAİM.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Belə ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd “PK” markalı pulemyot, 3 ədəd “RPQ-7” qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd “MUXA” markalı qumbaraatan, 10 “PK” markalı pulemyot sandığı, 1 ədəd “PK” markalı pulemyotun çaxmaq çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd avtomat darağı, 4 ədəd avtomat nişangahı, 30 ədəd “F1” əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1 ədəd “M-75” əl qumbarası, 19820 ədəd 5.45 mm-lik və 8050 ədəd 7.62 mm-lik patron aşkarlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
![](https://static.report.az/photo/ccfc8b70-723c-31aa-83ad-c6c82b407c18_300.jpeg)
![](https://kaim.az/wp-content/uploads/2024/02/4308c9e4-bb29-3034-aa04-74d316e67dbf-300x168.jpeg)
![](https://kaim.az/wp-content/uploads/2024/02/6725b943-c03c-3b00-9816-431f90252afe-300x179.jpeg)
![](https://kaim.az/wp-content/uploads/2024/02/51cb69a3-774e-3ac7-b110-222c6619ab83_850-300x187.jpeg)