Top.Mail.Ru
ƏYALƏT

Bakıda “FETÖ işi” üzrə məhkəmə başladı – jurnalistləri məhkəməyə buraxmadılar

Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Azərbaycanda Fətullahçı Terror Təşkilatına (FETÖ) görə saxlanılan təşkilatın rəhbər şəxslərindən olan Gümrah Abdurahmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İttihama görə, Gümrah Abdurahmanov üzvü olduğu təşkilatda maliyyə işlərinə cavabdeh olub. Onunla bərabər təşkilatın rəhbər şəxslərindən olan Döyrüş Cəfərov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və fəal İlkin Haşımlı həbs olunublar.

Saytların yığılması Saytların yığılması

Musavat.com xəbər verir ki, iş üzrə həbs olunanlar, cinayət işləri üzrə icraatlar ayrı-ayrı istintaq edilib və yekunlaşdırılaraq iş materialları məhkəməyə göndərilib.

Döyrüş Cəfərovla Ruslan Əliyevin məhkəməsi Abşeron, İlkin Haşımlının məhkəməsi Binəqədi, Gümrah Abdurahmanovun məhkəməsi isə Nərimanov Rayon Məhkəməsinə göndərilib. Fevralın 14-də Gümrah Abdurahmanovun məhkəməsinə hazırlıq iclası keçirilib. 13.45-ə təyin olunan iclasa jurnalistlər buraxılmayıb. Məhkəmənin inzibati binası qarşısında gözləyən bir neçə media nümayəndəsinə mühafizəçilər bir neçə dəqiqədən sonra bildiriblər ki, hazırlıq iclası oldu və bitdi. Media nümayəndələrinə hazırlıq iclasına buraxılmamalarının səbəbi də izah olunmayıb. Döyrüş Cəfərov, Gümrah Abdurahmanov, Ruslan Əliyev və İlkin Haşımlıya verilən ittihama görə, onlar FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində təşkilatın təbliğatıyla məşğul olublar. Xeyli sayda gəncin bu təşkilata üzv olmasını təşkil ediblər.

Məhkəmə qarşısına çıxarılan şəxslər Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) maddəsi ilə ittiham olunurlar. İttiham aktına görə, ötən yay Azərbaycanın hüquq-mühafizə orqanları FETÖ-nün Bakıdakı idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında axtarış aparıblar. Axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar aşkar edilib. Bu barədə hələ ötən ilin iyulunda Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yaymışdı. Həmin məlumatda da Döyrüş Cəfərov, Gümrah Abdurahmanov, Ruslan Əliyev və İlkin Haşımlının saxlanıldığı bildirilirdi.

Bənzər yazılar