Top.Mail.Ru
ƏYALƏT

Bakıda iranlının narkokuryerləri tutuldu

Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək, bu barədə İran vətəndaşına məlumat verməli olan kuryerlər saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

Tədbir zamanı Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olunmuş Mirdamət Ağayev saxlanılıblar. Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilən 15 kiloqram narkotik vasitə marixuana aşkarlanıb.

M.Kərimov və M.Ağayev narkotikləri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər.

Saxlanılanlar narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bənzər yazılar