Top.Mail.Ru
ƏYALƏT

Bakıda keçirilən mühüm konfransda SENSASİON açıqlamalar – FOTOLAR

Fevralın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində “Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” adlı beynəlxalq panel təşkil olunub.

Musavat.com bildirir ki, Türkiyə Birlik və Həmrəylik Əsri Platformasının təşkil etdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, İqtisad Universitetinin rəhbərliyi, akademiklər, tələbələr iştirak edib.

Saytların yığılması Saytların yığılması

İlk olaraq vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

EDAL.jpeg (119 KB)

Tədbiri giriş sözü ilə açan İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd edib:

“Türk dünyasının gələcəyi ilə bağlı keçirilən tədbirə evsahibliyi etməkdən çox məmnunuq. Tarix bizə göstərdi ki, türkün türkdən başqa dostu yoxdur. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında “Azərbaycan yurdu türk dünyasıdır” mesajını verdi.

Türk dünyasının gələcəyi ilk növbədə təhsil və elmdən asılıdır. Türk dünyası təhsil və elmi potensialını daha sürətlə inkişaf etdirməlidir”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında Türkiyənin bölgədə, xüsusilə Cənubi Qafqazda, Fələstin və Ukraynada daimi sülhün bərqərar olması üçün böyük səylər göstərdiyini vurğulayıb:

“Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Yeni reallıq ondan ibarətdir ki, qlobal miqyasda etibar sarsılıb, qlobal aktorlar regional məsələlərə öz məcralarından baxırlar. Qlobal idarəetmə sistemi reformasiya edilməlidir. Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyillər. Tarixə baxanda da görürük ki, qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə də Şimali Kiprdə ədaləti bərpa edə bilib. Mövcud olduğumuz region bizə rəqabətdən daha çox əməkdaşlığa meyil etməli olduğumuzu göstərir”.

Cahit Bağçı bildirib ki, Türkiyə Cənubi Qafqazda, Fələstin və Ukraynada da daimi sülhün bərqərar edilməsi üçün əlindən gələni edir:

“Xəzər keçidli Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Bölgədə təşkil ediləcək sülhün böyük işlərin görülməsinə zəmin yaradacağına əminik. Zəngəzur dəhlizinin regional əlaqələri inkişaf etdirəcəyinə inanırıq”.

Çıxışlardan sonra panel müzakirələri başlayıb. Xəzər Universitetinin müəllimi, professor Telman Nüsrətoğlunun moderatorluğu ilə keçən paneldə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar, jurnalist Sevil Nuriyeva çıxış edib.

“Ermənistan bizim üçün təhdid deyil, Qərbdəki bəzi qruplar münasibətlərin normallaşmasına əngəl olmağa çalışırlar”.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Qərbdə Azərbaycanı əsassız yerə ittiham edir, Ermənistanı isə silahlandırırlar:

“Ermənistanın qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Belə olan halda ilk növbədə konstitusiya məsələsi həll olunmalıdır.

Biz özümüzü Qərbdən təcrid etmirik. Amma onların bizə qarşı olan yanaşmasında problem var. Bu gün Azərbaycan Qərblə əməkdaşlığı davam etdirir. Biz özümüzü təcrid etməmişik. Amma Avropa İttifaqının Türkiyə və Azərbaycana qarşı qərəzli münasibətini göstərən açıq faktlar da var”.

“Qərb “parçala və hökm sür” siyasətini indi də davam etdirir. Ehtimal olunan təhdidlərin qarşısını almaq üçün Türk dünyasının birliyi və güclənməsi çox önəmlidir”.

Bu sözləri isə jurnalist Sevil Nuriyeva deyib.

“Azərbaycanın və Türkiyənin Mərkəzi Asiyadakı fəaliyyəti Türk dünyasının birliyini yenidən gündəmə gətirdi, həmin dövlətləri fəallaşdırdı. Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, Türk dünyasının birliyi vacib əhəmiyyətə malikdir”, – deyə Sevil Nuriyeva çıxışında vurğulayıb.

“Azərbaycan müharibə imtahanından alnıaçıq çıxıb”.

Bu sözləri Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar deyib.

O qeyd edib ki, II Qarabağ savaşı təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də bəşəriyyət üçün çox dəyərlidir:

“Çünki haqqın necə alınacağını öyrədir. Bütün məzlumların haqqının necə bərpa olunduğunu göstərir”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bənzər yazılar