Top.Mail.Ru
ƏYALƏT

Bakıdan xəritələrlə bağlı son tələb: Göyçə və Zəngəzurda şərtlər dəyişdi – Kritik gəlişmə

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

Saytların yığılması Saytların yığılması

– Tofiq müəllim, Ermənistan tərəfi Azərbaycanla sərhədlərin 1976-cı ilə xəritələri əsasında delimitasiya edilməsinin mümkünlüyünü gündəmə gətirir. 12 km-lik sərhəd xətti üçün ayrı-ayrı dövrün sənəd və xəritələrinə istinad edildiyi halda bütövlükdə sərhədin bir dövrə aid xəritələr əsasında aparılacağı ehtimalı nə dərəcədə məntiqlidir?

– Ermənistan tərəfinin istəyi bəllidir. Məqsədləri odur ki, keçmiş sovet dövründə olan ən böyük ərazinin özlərinə məxsus olduğunu sübut etsinlər. Burada onların yanaşması kontekstində təəccüblü bir şey yoxdur. Azərbaycanla Ermənistan arasında inzibati sərhədlərin nə vaxt təsdiq edilməsi ilə bağlı məsələ isə artıq qarşı tərəfdən bilinən prosesdir. Sadəcə olaraq erməni tərəfi yenidən bunu bərpa etmək istəyir. Fakt odur ki, erməni tərəfinin bu kimi istəkləri, yəni Azərbaycanın tarixi torpaqlarına sahib olmaq iddiaları hər zaman olub. İndi də onlar bundan əl çəkmək istəmirlər.

– Azərbaycanın tarixi reallıqlar kontekstində sərhədlər və ərazilərlə bağlı əsas prinsipial mövqeyi nəyə əsaslanır?

– Azərbaycan tərəfinin məqsədi odur ki, tarixi ədalət prinsipi təmin edilsin. Ölkəmizə qarşı keçmiş bolşevik Rusiyası vaxtında həyata keçirilmiş tarixi ədalətsizlik aradan qaldırılmalıdır. Bu baxımdan Azərbaycanın istəyi məntiqli və əsaslıdır. Sözsüz ki, bu kimi məsələlər danışıqlar prosesində öz həllini tapacaq.

– Sərhədlərin dəqiqləşdirilməsi təbii ki, mürəkkəb bir prosesdir və vaxt tələb edir. Daha çox hansı bölgələrdə iki ölkə arasında ayrıcı xətlərin olması gözlənilir?

– Burada Zəngəzur və Göyçə mahalı ətrafında tarixi reallıqlar mövzusunda fikir ayrılıqlarının olması mümkündür. Anormal vəziyyət odur ki, Azərbaycan keçmiş sovet dövründə ölkə olaraq iki yerə bölünüb. Azərbaycan xalqı bu faktla heç vaxt barışmayıb və barışa da bilməz. İkinci belə bir ölkənin başına bu cür hal gəlməyib. Ona görə də, buna son qoyulmalıdır.

– Paşinyan bu günlərdə “tarixi Ermənistan” arzusunda olmaqdan əl çəkməyin vaxtının çatdığını söyləyib. Sizcə, baş nazir bu mesajı ilə nəyə eyham vurur?

– Bu, çox mürəkkəb məsələdir. Erməni tərəfi hələ də o istəkdədir ki, sovet dövründə olan Ermənistanı bərpa etsinlər. “Dənizdən-dənizə”, “miatsum” kimi absurd iddialar da bu xam xəyalların tərkib hissəsi idi. Ona görə də, qısa zamanda erməni cəmiyyətinin bu kimi xəstə xəyallardan qurtulması gözlənilmir. Çünki qarşı tərəf hələ də cəfəng fikirlərdən əl çəkmək niyyətində deyil. Azərbaycan məhz bu reallıqları bilir və özünün doğru hədəfə yönəlmiş siyasətinin həyata keçirir. İstənilən məsələdə Azərbaycanın öz hədəflərinə çatmaq imkanları var. Ölkəmiz addım-addım ermənilərin cəfəng istəklərinin reallaşması imkanlarını məhv edib.

Bənzər yazılar