Top.Mail.Ru
bannerƏYALƏT

Cəhənnəmə vasil edilən yüksək rütbəli erməni zabitləri – Siyahı

Azərbaycan Ordusu öz torpaqlarının bütövlüyü uğrunda düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir. Sentyabrın 27-dən etibarən düşmən çox ciddi canlı qüvvə itkisi ilə üzləşib. Ermənistan hökuməti bu sayı gizlətsə də, itkilərin 5 mindən çox olduğu artıq heç kimə sirr deyil.

KAİM.az  xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən erməni hərbçiləri arasında Ermənistanın, o cümlədən qondarma rejimin yüksək rütbəli zabitləri də var.

Saytların yığılması Saytların yığılması

Qondarma rejimin “müdafiə naziri” Cəlal Arutyunyan, onun “müavini”, polkovnik Artur Sarkisyan bu siyahıya başçılıq edir.

18-ci motoatıcı diviziyasının qərargah rəisi polkovnik Sergey Şakaryanın da məhv edilən yüksək rütbəli zabitlərin siyahısında daxildir. Arturla, Sergey bir həftə öncə məhv edilsə də, qarşı tərəf bunu yeni açıqlamaqla ölkədaxili xaosun qarşısını almağa çalışır. Onu da qeyd edək ki, Şakaryana ötən ayın 4-də milli qəhrəman titulu verilmişdi.

Bundan başqa, Ermənistan silahlı qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış məhv edilib.

Düşmənin itirdiyi digər iki yüksək rütbəli zabitləri isə Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və Ermənistan ordusunun polkovniki Nikolay Mikaeloviç Aykyandır. 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan da eyni aqitbətlə üzləşən düşmən hərbçilərindəndir. O, oktyabrın 29-da 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində məhv edilib.

Oktyabrın 20-də isə məhv edilən erməni hərbçiləri arasında iki polkovnik də olub. Bunlar hərbi hissə komandirinin müavini Aşot Kazaryanla, qərargah rəisinin müavini Qegam Qabrielyandır.

Həmin gecə Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Məhv edilən yüksək rütbəli zabitlərdən biri də mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryandır. Onun məhv edilməsi ilə bağlı xəbər oktyabrın 17-də yayılıb.

Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılardan ibarət briqada komandiri, polkovnik Asatryan Vaaqn Feliksoviç də məhv edilən yüksək rütbəli erməni zabitləri sırasındadır. Onun məhv edilməsi xəbərini Ermənistanın baş naziri Nikol Paşinyan da təsdiqləmişdi.

Oktyabrın 11-dən 12-ə keçən gecə canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan olub. Onunla eyni rütbəni daşıyan 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da məhv edilənlər arasındadır.

Oktyabrın 8-də Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

Bundan əvvəl isə “Dəhşət” ləqəbli polkovnik-leytenant Artur Qalstyan məhv edilmişdi.

Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin zabiti Spartak Köçəryan isə döyüşlərin ilk günündə məhv edilib. Həmin gün Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan da eyni aqibəti yaşayıb.

Sentyabrın 28-də isə Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib.

Qeyd edək ki, təqdim etdiyimiz siyahıda adları qeyd olunanlar düşmənin itirdiyi yüksək rütbəli zabitlərin bir qismidir. Siyahının geniş olduğu isə heç kimdə şübhə doğurmur. qafqazinfo

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir