Top.Mail.Ru
ƏYALƏT

NİZAMİ RAYONUNDA YAŞILLIQ BELƏ MƏHV EDİLİR, AĞACLAR YANDIRICI MADDƏ İLƏ QURUDULUR VƏ… – FOTO

Bayram günlərini fürsət bilən işbazlar yaşıllıq ərazini hasarlamaq istəyərək yaşıllıqları məhv etməyə çalışıb.

Hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında yaşanıb. Sakinlərin məlumatına görə, artıq ərazidə bəzi yaşıllıqlar məhv edilib. Sakinlərin polisə müraciətindən sonra ərazidə işlər müvəqqəti dayandırılıb. Ancaq sakinlər narahatdır ki, bir müddət sonra şirkət işinə gizli formada davam edəcək.

Saytların yığılması Saytların yığılması

Tikintiyə aidiyyəti qurumdan icazə verilib-verilmədiyi bilinmir. Sakinlər bayram günlərində qeyri-iş günü olduğu üçün yerli icra hakimiyyətindən məlumat ala bilməyiblər.

Ərazidə restoran tikintisinin nəzərdə tutulduğu və buna qədər müəyən yandırıcı maddə ilə ağacların qurudulduğu deyilir.Tribunainfo.az

Bənzər yazılar