Top.Mail.Ru
ƏYALƏT

“Övladımla günlərdir ac-susuzuq, bizə kömək edin” – Kimsəsiz əlil qadın yardım istəyir

“90 manat işıqpuluna görə işığımızı kəsiblər, özüm isə xəstə övladımla birgə günlərdir ac-susuzuq, evdə yeməyə heç nəyimiz yoxdur”.

Bu sözləri 2-ci qrup əlil və epilepsiya xəstəsi olan 29 yaşlı Simuzər Həsənova  müraciətində deyib.

Saytların yığılması Saytların yığılması

Simuzər Həsənova anadangəlmə ürək qüsurlu azyaşlı övladı ilə çətin vəziyyətdə qaldığını bildirib:

“Ayda əlilliklə bağlı cəmi 180 manat pensiya alıram, bu məvacib mənim heç dərmanlarıma yetmir. Başqa yerdən heç bir köməyim, dəstəyim yoxdur. Azyaşlı övladımla çox ağır vəziyyətdə yaşayırıq. İmkanı olan, xeyirxah şəxslərdən xahiş edirəm, bizə yardım əli uzatsınlar”.

Xatırladaq ki, Həsənova Simuzər Hüseyn qızı 10 yaşından 7 saylı uşaq evində böyüyüb, 2-ci qrup əlildir, epilepsiya xəstəliyindən əziyyət çəkir. Yetkinlik yaşına çatanda ailə qurub, lakin xəstəliyi ilə bağlı ailə həyatı davam etməyib. Hazırda anadangəlmə ürək qüsurlu övladı ilə birlikdə tənha yaşayır.

Kimsəsiz əlil anaya və övladına köməklik göstərmək istəyən şəxslər bu telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: (055) 994-16-46

Xalidə Gəray
Musavat.com

Bənzər yazılar