Top.Mail.Ru
ƏYALƏT

Qəbiristanlıq torpağını alver ocağına çevirənlər – ÖLÜLƏRDƏN PUL QAZANAN İŞBAZLAR GÖRÜN NƏ ETDİLƏR/ VİDEO

Baku TV qəbiristanlıqlarda qanunsuz torpaq alverini ifşa edib.

Saytların yığılması Saytların yığılması

Araşdırma zamanı məlum olub ki, Bakının kənd və qəsəbələrində qəbiristanlıqlarda vəfat edən şəxsə yer almaq üçün ən azı 2-3 min manatdan keçməlisən. Yasamal qəbiristanlığında məzar yerinin qiyməti isə xüsusilə bahadır. Bir nəfər üçün 3-4 min manat.

Xırdalanda yerləşən qəbiristanlıqda bir nəfərin dəfni üçün yer 1100 manatdan başlayır. Təbii ki, bu qiymət yerə görə dəyişir.

Mehdiabad qəbiristanlığında da qiymətlər əl yandırır. Belə ki, burada bir nəfərlik yerin qiyməti 2000 manatdan başlayır. Məzarlıqdakı yerlərin satışına bəzi yerlərdə mollalar, bəzi yerlərdə isə bələdiyyə sədri nəzarət edir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar