Top.Mail.Ru
bannerƏYALƏT

Qarabağda canını, qanını vermiş övladlarımıza biganə baş həkim – icra başçısına güvənən Bəşirova KİMDİR?

Xocavənd sakinləri rayon səhiyyə sisteminin kimin tərəfindən idarə edilməsini aydınlaşdırmaq istəyirlər… Səhiyyə Nazirliyinin bu məsələyə aydınlıq gətirməsi lazımdır… Məsələ ondadır ki, bu rayonun səhiyyə sistemində anormal bir durum hökm sürür.

Belə ki, rayon icra başçısı Eyvaz Hüseynovun kadrı və yaxın adamı kimi tanınan Nurəngiz Bəşirova vaxtı ilə korrupsiya maxinasiyaları ilə gündəmdə idi. Onun haqqında ölkə mətbuatında sislsilə yazılar dərc olunurdu. Xocavəndin o vaxtkı baş həkiminin adı həmçinin bir çox qalmaqallarda da hallanırdı. Və son qalmaqaldan sonra onu Rüfət Səfərov əvəz etdi. Ancaq Rüfət Səfərov baş həkim vəzifəsinə təyin edilsə də, rayon səhiyyəsini keçmiş baş həkim Nurəngiz Bəşirova idarə edirdi.

Saytların yığılması Saytların yığılması

Rayonun Mərkəzi Xəstəxanasında sıravi həkim kimi çalışan xanım Bəşirova Rüfət Səfərovun kabinetində əyləşirdi. Xəstəxananı idarə edən Nurəngiz Bəşirova həm də bütün maliyyə işlərinə nəzarət edirdi. Maraqlıdır ki, baş həkim Rüfət Səfərov onun kabinetini və səlahiyyətlərini “işğal” edən Bəşirovaya qarşı tam səssiz idi. 30 illik başçı Eyvaz Hüseynovun sözündən sonra o, nə karə idi ki…

Bəşirova Səhiyyə Nazirliyinin təyinatı ilə baş həkim vəzifəsinə gətirilən Fövzi Tahirova da faktiki olaraq vəzifəsini icra etməyə imkan verilmədi. Fövzi Tahirov Ağcabədi Xəstəxanasının baş həkimi təyin edildikdən sonra bu ilin əvvəlində Xocavənd icra başçısı Eyvaz Hüseynov bütün əlaqələrini işə salaraq Nürəngiz Bəşirovanın baş həkim təyinatı üçün yenidən hərəkətə keçdi. Və müvəffəq oldu. Sonda TƏBİB-in rəhbərliyi icra başçısının israrlı xahişini yerinə yetirib və 2 il əvvəl çox ciddi səbəblərə görə işdən azad olunan Nürəngiz Bəşirova Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilib.

Amma yenə də heçnə dəyişmədi. Vəziyyət əvvəlkindən də acınacaqlı hal alıb. İddialara görə, Xocavənd Mərkəzi Xəstəxanası faktiki olaraq pullu xidmətə keçib. İcra başçısı Eyvaz Hüseynov xanım Bəşirovanı o qədər arxayın salıb ki, 44 gün ərzində vətən torpaqlarını qanları bahasına ermənilərdən geri alan şəhid və qazi ailələrinə belə pulsuz kömək göstərməkdən imtina edir.

Bildirilir ki, döyüşlərdə əlil olmuş qazilərimizə və şəhid olmuş əsgərlərimizin valideynləri xəstəxana qapılarında sürünür və bilərəkdən incidilir. Dövlətin ayırdığı pulsuz dərmanlar belə onlara pulla satılır. İndiki məqamda bu stastusda olan ailələri dövlətdən incik salmaq Prezidentə qarşı çıxmaqdır. Ölkə başçısı hər ifadəsində qeyd edir ki, əlillər, şəhid ailələri, və əsgər eləcə də, valideynləri onun himayəsindədir. Yaralıların, əlillərin müalicəsi dövlət tərəfindən edilir və ediləcək.

Əcabə, onda görəsən, E.Hüseynova arxayın olan Nürəngiz Bəşirovanın rəhbərliyi altında olan Mərkəzi Xəstəxanada nə baş verir? Baş həkimi xəstəxanada geniş vüsət alan rüşvət və özbaşınalığa nə vadar edir? Qeyd edək ki, bu barədə növbəti yazıda şikayətçilərin diliylə çox mətləblər işıq üzü görəcək. Görəsən onda da xanım baş həkim yenə də mətbuata elçi salıb, dost axtarışına çıxacaq?

Xatırladaq ki, bir neçə il əvvəl Ağcabədi Rayon Prokurorluğunda Xocavənd Rayon Mərkəzi Xəstəxanının baş həkimi Nürəngiz Bəşirova və xəstəxananın bir neçə əməkdaşı barəsində cinayət işi açılmışdı. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən N.Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə günahlandırılırdı. Bu barədə Baş Prokurorluğun məlumatında da bildirilirdi.

KAİM.az-a göndərilən müraciətlərdə, həmin halların yenə tüğyan etdiyi, baş həkimin Qarabağda eləcə də, Xocavənddə canını, qanını vermiş övladlarımıza biganə olmasının səbəbləri bildirilir. Bu barədən silsilə yazıları təqdim etməyə çalışacağıq.

Qarşı tərəfidə dinləməyə hazırıq

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir