Top.Mail.Ru
ƏYALƏT

Xəritələrdə olmayan FAY XƏTTİ aşkarlandı – 7,3 bal gücündə zəlzələ təhlükəsi

Ankara Universiteti, Kocaeli Universiteti və Əskişəhər Texniki Universiteti birgə tədqiqat çərçivəsində Kayapa ilə Yenişehir arasındakı 25 nöqtədə seysmik ölçülər aparıb. 

Araşdırma nəticəsində Türkiyənin Bursa şəhərində əvvəllər xəritələrdə yer almayan, Kayapadan Yenişehirə qədər uzanan 95 kilometr uzunluğunda aktiv fay xətti aşkar edilib.

Saytların yığılması Saytların yığılması

Musavat.com “Haberler.com”a istinadən xəbər verir ki, yeni kəşf edilən fay 7,3 bal gücündə zəlzələ yarada bilər.

Mümkün zəlzələnin maqnitudasını hesablamaq üçün bölgədəki qırılma xəttinin gərginliyi və onun yaratdığı zəlzələlər araşdırılıb.

Bursadakı tarixi zəlzələ qeydlərinə görə, son üç dağıdıcı zəlzələ 19 aprel 1850, 28 fevral 1855 və 11 aprel 1855-ci ildə baş verib. 1855-ci ildə baş verən zəlzələlərin mənbəyinin Kayapa-Yenişehir fayının qərb hissəsində olduğu bildirilib. Kayapa-Yenişehir fayının (KYF) Yenişehir hissəsində isə 1400-cü ildə baş verən zəlzələdən bu yana 624 ildir heç bir qırılma olmayıb. Fay xəttində qırılmanın olmaması da zəlzələ ehtimalını gücləndirir.

Məlumata görə, KYF-nin 1855-ci il zəlzələlərində qırılmış qərb hissəsi bu gün 6,5-6,8 bal gücündə zəlzələlər törətmək gücündədir. 1855-ci il zəlzələlərində qırılmadığı təxmin edilən KYF-nin şərq hissəsi isə bu gün 6,9-7,3 bal gücündə zəlzələlər yarada bilər.

Bənzər yazılar