Top.Mail.Ru
ƏYALƏT

“Azəriqaz”dan təcili məlumat – dayandırılacaq!

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə e-huquq.az-a birlikdən məlumat verilib.

Saytların yığılması Saytların yığılması

Qeyd olunub ki, buna səbəb Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsinin planlaşdırılmasıdır.

Məlumata görə, profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur. Abonentlərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.

Bənzər yazılar